Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda 288 kriminal qrup zərərsizləşdi

2 dəq
Paylaş:
Azərbaycanda 288 kriminal qrup zərərsizləşdi

Bu ilin ilk 6 ayı ərzində cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən və xüsusilə ağır cinayətlər törətmiş 104 zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin müddətdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Eyni zamanda 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

Bundan başqa, diqqətə çatdırılıb ki, hesabat dövründə qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax