İyunun 2-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra bölgələrində güclü küləyin əsəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar tətbiq edilib.
Narıncı xəbərdarlıq çərçivəsində Bakı və Abşeron yarımadası ilə yanaşı, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Quba və Qusar rayonlarında şimal-qərb küləyinin sürəti 20.8–28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürətinin 13.9–20.7 m/san təşkil edəcəyi proqnozlaşdırılır.