Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan vətəndaşları İrandan təxliyə edilir - YENİLƏNİB -2

3 dəq
Paylaş:
Azərbaycan vətəndaşları İrandan təxliyə edilir - YENİLƏNİB -2

ABŞİsrailin İrana zərbə endirməsi fonunda 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ( sərhədi ilə) 30 nəfər Azərbaycan vətəndaşı1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ümumilikdə 31 nəfərin Azərbaycana keçidi təmin edilib.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi İranda vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağırıb.

Hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq ölkəni Azərbaycan və ya Türkiyə ərazisindən tərk etmək tövsiyə olunub.

Xatırladaq ki, ABŞİsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb.

Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

***

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.

***

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Report”a istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.

Daha əvvəl Azərbaycanın İşlər Nazirliyi İranda vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax