Bakı şəhəri və bir sıra regionlarda həyata keçirilən təxliyə tədbirləri nəticəsində 17-si azyaşlı olmaqla 166 vətəndaş təhlükəsiz əraziyə köçürülüb. Hadisə paytaxtın Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarını, həmçinin Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz ərazilərini əhatə edib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda sözügedən ərazilərdə müvafiq təhlükəsizlik tədbirləri intensiv şəkildə davam etdirilir. Xilasedicilər tərəfindən əsasən suçəkmə işləri aparılır və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilir.