Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rezidenturaya ərizə qəbulu başladı

2 dəq
Paylaş:
Rezidenturaya ərizə qəbulu başladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026/2027-ci üçün rezidenturaya qəbulu rəsmən başlayıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mərkəzdən məlumat verilib. "Şəxsi kabinet" məlumatlarından istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub "Namizədin ərizəsi" formasını doldurmalı və təsdiq etməlidirlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin mayın 3‑də keçirilməsi planlaşdırılır. Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində "məqbul" nəticə əldə etmiş namizədlər də II mərhələdə (ixtisas fənləri üzrə) iştirak etmək üçün elektron ərizə formasını təsdiq etməlidirlər. İxtisas fənləri imtahanına buraxılmış namizədlər tələb olunan 100 AZN məbləği hesablarına əlavə edərək 22-30 iyul 2026-cı il tarixlərində qeydiyyatdan keçməlidirlər.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə imtahana yalnız baza fənlərindən "məqbul" alan, yəni 40 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax