Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pensiyalar nə qədər artdı? Yeni rəsmi məbləğlər açıqlandı

2 dəq
Paylaş:
Pensiyalar nə qədər artdı? Yeni rəsmi məbləğlər açıqlandı

Azərbaycanda tətbiq edilən yeni artımla orta pensiya 593 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu statistikaları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad media nümayəndələri üçün keçirilən brifinqdə açıqlayıb.

Nazir müavininin sözlərinə görə, 2018-2025-ci illər ərzində dinamika müsbət olub: orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə pensiya isə 234 manatdan 578 manata yüksəlib.

R.Mustafayev vurğulayıb: "Yeni artımla əldə olunan nəticələr 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada isə 2,7 dəfə artıma nail olunması deməkdir".

Bu il üçün pensiyaların maliyyələşdirilməsinə ayrılan vəsait 7 mlrd. 993 mln. manat həcmində nəzərdə tutulub. Bu göstərici 2018-ci illə müqayisədə maliyyə vəsaitində 2,3 dəfə artımın olduğunu təsdiqləyir.

Yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək alınmış pensiya kapitalları da inflyasiya nəzərə alınaraq, istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun şəkildə 5,6 faiz artırılıb.

Qeyd edək ki, İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq, bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax