Aktyor Azər Baxşəliyev dəfn olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, A.Baxşəliyev bu gün dünyasını dəyişib.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
***
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.
***
Poli orqan çatışmazlığı səbəbindən aktyor Azər Baxşəlyevin orqanizmi yaşama qabiliyyətini itirib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib.
Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Bu səbəbdən valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılıb.