AZAL: Naxçıvana biletlərin qiyməti dəyişməyib

AZAL: Naxçıvana biletlərin qiyməti dəyişməyib
30.06.2024 22:59
Aa
dəq

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər yük daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.

Həftənin ən çox oxunanları

Sabah YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılacaq

Sabah YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılacaq
DAVAMIN OXU davamın oxu

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
DAVAMIN OXU davamın oxu

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb
DAVAMIN OXU davamın oxu

"Zəngilan" tankeri istismara verildi, Prezident mərasimdə iştirak etdi - YENİLƏNİB

DAVAMIN OXU davamın oxu

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək
DAVAMIN OXU davamın oxu