Əsas məzmuna keç

AZAL: Əlverişsiz hava Bakı-Naxçıvan istiqamətində uçuşlara təsir göstərib

AZAL: Əlverişsiz hava Bakı-Naxçıvan istiqamətində uçuşlara təsir göstərib

AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq,...

Ötən gündən etibarən ölkə ərazisində sürən əlverişsiz AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə də təsir göstərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərnişindaşımanın operativ təşkili üzərində işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək.

Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hoteldə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib.

Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Bu baxımdan aviaşirkət hər bir sərnişinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə çalışır.

AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərməyə və səbirli olmağa çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…