AZAL BMT-nin Qlobal Sazişinə qoşulub

AZAL BMT-nin Qlobal Sazişinə qoşulub
31.01.2024 14:53
Aa
dəq

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Millətlər Təşkilanın (BMT) Qlobal Sazişinə qoşulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AZAL-dan bildirilib.

Qlobal Saziş BMT-nin himayəsi altında həyata keçirilən bir təşəbbüsdür. O, biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.

Aviaşirkətin Qlobal Sazişə üzv olması Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Bu sazişə qoşulmaqla aviaşirkət, həmçinin insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.

“Bu təşəbbüsə qoşulmaq AZAL üçün əlamətdar bir hadisədir. Aviaşirkət dayanıqlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə yönümlü olduğunu təsdiqləyir ki, bu da onun etibarlı aviadaşıyıcı kimi beynəlxalq nüfuzunu gücləndirir. Təşəbbüs prinsiplərini öz fəaliyyətinə inteqrasiya edən AZAL beynəlxalq arenada mülki aviasiya sahəsində lider aviaşirkətlərdən biri olmağı hədəfləyir”, — deyə AZAL-ın prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev bildirib.

Saziş çərçivəsində AZAL ekoloji, sosial və korporativ idarəetmə sahəsində fəaliyyətlər həyata keçirəcək. Aviaşirkət 2023-2030-cu illəri əhatə edən öz davamlı inkişaf strategiyasının prioritetlərinə əməl edərək, əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, gender bərabərliyini təşviqi və digər mövzuları əhatə edən layihələr planlaşdırır.

AZAL dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb. Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu