Operativ Məlumat Mərkəzi

Azad olunmuş ərazilərdə 336.5 hektar ərazi minalardan təmizlənib

1 dəq
Paylaş:
Azad olunmuş ərazilərdə 336.5 hektar ərazi minalardan təmizlənib
bu barədə ANAMA-dan bildirilib. Qeyd edilib ki, azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Qeyd edilib ki, azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 336.5 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər