Operativ Məlumat Mərkəzi

Azad edilən ərazilərdə daha 91 mina aşkarlanıb

1 dəq
Paylaş:
Azad edilən ərazilərdə daha 91 mina aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM" bildirilib ki, fevralın 27-dən martın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Laçın, Şuşa, Qubadlı, Cəbrayıl, və Zəngilanda 45 piyada əleyhinə mina, 46 tank əleyhinə mina və 355 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edək ki, 818 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər