Əsas məzmuna keç

AYNA: 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

AYNA: 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin...

Bu günə qədər Azərbaycanda 11 fiziki və şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib.

Bundan başqa, o qeyd edib ki, indiyə qədər taksi daşımaları üçün 9 001 vəsiqəsi verilib ki, bunun da 8 954-nü fərdi , 47-ni hüquqi şəxslər alıb.

"Həmçinin 11 854 nəqliyyat vasitəsinə buraxılış kartı verilib ki, bunun da 11 171-ni fərdi sahibkarlar, 683-nü hüquqi şəxslər alıb. Nəqliyyat vasitələrinin 8 367-nin (71 %-nin) istehsal tarixi 2009-2015-ci illər arasında, 3 487-nin (29%) istehsal tarixi isə 2016-2024-cü illər arasındadır.

25 084 nəfər təlimə cəlb olunub, bunlardan isə 23 434 nəfər təlimi bitirərək şəhadətnamə alıb”, - deyə sədr əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…