Operativ Məlumat Mərkəzi

Avropada qaz anbarlarından gündəlik istifadə 300 milyon kubmetri ötüb

2 dəq
Paylaş:
Avropada qaz anbarlarından gündəlik istifadə 300 milyon kubmetri ötüb
bunu Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatından görmək olur. Bildirilir ki, avropalı...

Avropa İttifaqının (Aİ) yeraltı qaz anbarlarındakı (YQS) qaz ehtiyatı 5 yanvar tarixində bitən qaz sutkasının sonuna təqribən 94,7 milyard kubmetr təşkil edir ki, bu da əvvəlki beş ilin bu tarixinə olan göstəricidən 15,6 milyard kubmetr, ötən illə müqayisədə isə 4 mlrd. kubmetr çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatından görmək olur.

Bildirilir ki, avropalı istehlakçılar YQS-dən istifadə sürətini artırıblar və hazırda bu göstərici 230-240 milyon kubmetrə çatıb.

YQS-dəki 85,54% təşkil edir ki, bu da 2019-2023-cü illərdə bu tarix üçün orta göstəricidən 12,8 faiz bəndi, keçən illə müqayisədə isə 2,2 faiz bəndi çoxdur.

Qaz anbarlarının doldurulması mövsümünün əvvəlindən - noyabrın ilk həftəsindən indiyədək 14,1 faiz bəndi azalıb. Avropalı istehlakçılar təxminən iki ay ərzində 15,6 milyard kubmetrə yaxın qaz istifadə ediblər.

Avropa Komissiyası YQS-lərin Avropada qaz təchizatının etibarlılığının təmin edilməsində mühüm rol oynadığını qeyd edib. 2022-ci ilin iyun ayında qışa hazırlığı optimallaşdırmaq üçün qəbul edilmiş qaz saxlancları qaydaları Aİ ölkələri üçün noyabrın 1-dək YQS obyektlərini 90% doldurmağı məcburi hədəf qoyub. 2023-cü ildə Aİ hədəf səviyyəyə artıq avqustun ortalarında çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər