Avropa Parlamentinin (AP) komitələri ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunun əhatə dairəsini müəyyən edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Strasburqda keçirilən AP Daxili Bazar və Vətəndaş Azadlıqları Komitələrinin iclasında Avropada süni intellektlə bağlı ilk qaydalar da daxil olmaqla qanunvericilik hazırlıqları müzakirə edilib.
Layihəyə görə, süni intellekt sistemləri insan tərəfindən idarə olunmalı, ayrıseçkilik etmədən, təhlükəsiz, şəffaf, izlənilə bilən və ətraf mühitə uyğun olmalıdır.