Operativ Məlumat Mərkəzi

Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun potensial rəqibi müəyyənləşib

1 dəq
Paylaş:
Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun potensial rəqibi müəyyənləşib
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. "Operativ Məlumat Mərkəzi-OMM" -in məlumatına görə, UEFA Çempionlar...

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" -in məlumatına görə, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutacaq “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütünün məğlubunun potensial rəqibi müəyyənləşib.

Məğlub komanda "Ludoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütündə uduzan kollektivlə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər