Avropa İttifaqının yarıtmaz fəaliyyəti

Avropa İttifaqının yarıtmaz fəaliyyəti
11.04.2023 22:17
Aa
dəq

Prezident İlham Əliyev yanvarda yerli televiziyalara müsahibəsində Avropa İttifaqının missiyasının bölgəyə gəlişinin gərginliyi daha da artıracağını bəyan etmişdi. 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Millət Vəkili Bəhruz Məhərrəmov deyib.

Həqiqətən, missiya regiona gəldikdən sonra ilk növbədə əsasən hərbçilərdən ibarət tərkibi ilə ciddi formada suallar meydana çıxardı. Daha sonra qeyri-adekvat davranışları, o cümlədən Ermənistanın davamlı və təhrikedici formada atəşkəsi pozması, Aİ missiyasının isə bu insidentləri qeydə alaraq münasibət bildirməməsi avropalıların xoş olmayan niyyətini bir daha üzə çıxardı. 

Maraqlıdır ki, 44 günlük savaş dövründə, habelə sonrakı müddət ərzində həyata keçirilən cəza tədbirləri zamanı qorxaqcasına qabağımızdan qaçan fərari Ermənistan Avropa İttifaqı hərbçiləri bölgəyə gəldikdən sonra özünü Qərbin çətiri altında proteksiya olunmuş hesab edərək aqressiv davranışları artırmağa başladı".

Deputat qeyd edib ki, bu gün Laçın istiqamətində yaşanan gərginliyin səbəblərindən biri Avropa İttifaqının təxribatçı missiyasının Ermənistanda olması, habelə İrəvanın bu missiyanın davamlı şəkildə qeyri-adekvat mövqe sərgiləməsindən cəsarətlənməsidir. 

"Lakin onlar unutmamalıdır ki, cənab İlham Əliyevin Şuşadan da bəyan etdiyi kimi, heç kim onları xilas etməyəcək, necə ki, 44 günlük savaşda və sonrakı dövrdə şər blokdan heç kəsin köməyi onları alçaldıcı məğlubiyyətdən qurtarmadı, eləcə də Avropa İttifaqının təxribatçı missiyası bölgədə Azərbaycanın yaratdığı reallığı dəyişə bilməyəcək".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu