“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
19.12.2023 19:38
Aa
dəq

BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi qərarı Azərbaycan üçün müasir tariximiz, diplomatik münasibətlər, qlobal təşkilatlarda təmsilçilik baxımından çox önəmli və əhəmiyyətli hadisədir.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Tural Gəncəliyev bildirib.

"Azərbaycan bildiyimiz kimi Şərqi Avropa qrupundan seçilmişdir. Bu kompromis əsasında Azərbaycanın namizədliyi dəstəklənmişdir. Hətta Ermənistan belə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürmüşdür və beləliklə də yekdilliklə Azərbaycanda 2024-cü il BMT-nin İqlim Dəyişikliyi ilə bağlı Konfransının 29-cu sessiyasının keçirilməsi qərara alınmışdır.

İlk dəfə olaraq Şərqi Avropa qrupunu təmsil edəcək ölkə olaraq Azərbaycan Avropa İttifaqının üzvü olmayan bir ölkə kimi bu konfransı keçirəcək. Biz bu konfransın keçirilməsi tarixinə baxsaq, Avropada İspaniya, İtaliya, Almaniya, Fransa və İngiltərə kimi ölkələrdə keçirilmişdir və həmişə də demək olar ki, Avropa İttifaqı üzvlərinin öhdəsinə düşübdür. Bu dəfə yeni bir coğrafiya MDB məkanında, Avrasiya məkanında, Türk dünyasında ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. 

Hazırkı müasir qlobal məsələlərdə iqlim dəyişikliyi, ətraf mühit məsələləri çox önəmli rol oynayır. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu məsələyə həssas yanaşır. Biz bu tədbirin keçirilməsi ilə həm bu mövzu kontekstində öz mövqeyimizi bildirəcəyik, həm də Azərbaycanın qlobal təşkilatlarda nüfuzunu artırmaq baxımından çox önəmlidir. İmicimizin gücləndirilməsi, dünyada Azərbaycanın stabil güclü bir tərəfdaş olması baxımından önəmlidir və yumuşaq güc dediyimiz alət kimi istifadə olunmalı və Azərbaycanın daha da tanıdılması, güclü bir ölkə kimi təqdim edilməsi baxımından əhəmiyyətlidir. Bu hadisə ilə bağlı 10 minlərlə insanlar bu tədbirdə iştirak etmək üçün Azərbaycana gələcəklər.

Son zamanlar Azərbaycanın əldə etdiyi uğurlu tədbirlərin, addımların siyahısına baxsaq, ölkəmiz bir neçə illər bundan öncə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Qoşulmama Hərəkatının ən uğurlu və ən yaddaqalan dönəmi kimi tarixə düşdü. Nəhayət belə bir İqlim Dəyişikliyi ilə bağlı COP29-cu sessiyasının Azərbaycanda keçirilməsi çox əhəmiyyətli hadisə kimi tariximizə düşəcək".

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

"Əsirlərin dəyişdirilməsi tarixi hadisədir" - ŞƏRH

DAVAMIN OXU davamın oxu