Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
14.08.2024 08:04
Aa
dəq

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək. 

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Həftənin ən çox oxunanları

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
DAVAMIN OXU davamın oxu

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
DAVAMIN OXU davamın oxu

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq
DAVAMIN OXU davamın oxu