Əsas məzmuna keç

Avqustda sərhəddə 4.5 milyon manatlıq qaçaqmal tutulub

Avqustda sərhəddə 4.5 milyon manatlıq qaçaqmal tutulub

bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında deyilir. Qeyd olunub ki, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən...

Avqust ayında narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 314 kiloqram 238 qram narkоtik vasitə, 7248 ədəd tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 1 ton 200 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 570 min 688 manat оlan , о cümlədən valyutası, ABŞ istehsalı tapança və darağı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…