Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ aviaşirkətləri uçuşlarda robotlara qadağa qoyur

2 dəq
Paylaş:
ABŞ aviaşirkətləri uçuşlarda robotlara qadağa qoyur

ABŞ-ın aparıcı aviaşirkətləri "Delta" və "" uçuş təhlükəsizliyini gücləndirmək məqsədilə yeni məhdudiyyətlər etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qaydalara əsasən, insan və ya ev görünüşünə malik robotların təyyarələrin kabinəsinə və baqaj bölməsinə gətirilməsinə icazə verilməyəcək.

Məlumata görə, qadağanın əsas səbəbi bu cihazlarda istifadə olunan litium-ion batareyalarının yaratdığı yanğın və partlayış riskidir.

Bildirilir ki, aviasiya təhlükəsizliyi qaydalarına əsasən, nasazlıq və ya yanlış istifadə zamanı bu tip batareyalar təyyarədə ciddi təhlükə yarada bilər.

Qeyd edək ki, " Airlines" da daha əvvəl analoji qərar qəbul etmişdi. Buna səbəb sərnişinlərdən birinin robotla birlikdə təyyarəyə minməyə cəhd etməsi olub.

Mütəxəssislər hesab edirlər ki, bu addımlar ABŞ-ın mülki aviasiya sektorunda robotların daşınması ilə bağlı vahid standartlarının formalaşmasına yönəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax