"Avey" Qoruğunun yaxınlığında texniki partlayışlarla bağlı monitorinq keçiriləcək

"Avey" Qoruğunun yaxınlığında texniki partlayışlarla bağlı monitorinq keçiriləcək
18.01.2024 17:56
Aa
dəq

"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaxınlığında müəssisələrin həyata keçirdiyi texniki partlayışlarla bağlı monitorinq keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət ekspert komissiyasının ilk iclasında qərar qəbul edilib.

Bildirilib ki, iclasın keçirilməsində məqsəd "Avey" Qoruğunun ərazisində yerləşən abidələrin qorunması və ziyarətçilərin təhlükəsizliyinin təmin olunması üçün qoruğun mühafizə zonasının yaxınlığında fəaliyyət göstərən müəssisələr tərəfindən həyata keçirilən texniki partlayışların təsirinin müəyyən edilməsi və qiymətləndirilməsi olub.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Bildirib ki, bunun üçün ekspert komissiyasının üzvü olan dövlət orqanları ilə birgə iş aparılacaq.

Həftənin ən çox oxunanları