Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

2 dəq
Paylaş:
Payız fəsli Azərbaycana sentyabrın 23-də daxil olacaq

Azərbaycana sentyabrın 23-ü vaxtı ilə saat 04:05:08-də daxil olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, həmin an "payız bərabərliyi" adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

2026-cı ildə payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə