Madridin "Atletiko" klubu heyətində çıxış edən argentinalı hücumçu Xulian Alvares ilə bağlı transfer qiymətini müəyyənləşdirib.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Mirror" nəşrinə istinadən xəbər verir ki, "matrasçılar" futbolçu ilə maraqlanan klublara, o cümlədən "Arsenal"a bildiriblər ki, oyunçunu yalnız müqaviləsində göstərilən 500 milyon avroluq sərbəstqalma maddəsi ödənildiyi təqdirdə buraxacaqlar.
Klubun prezidenti Enrike Sereso Alvaresin komandada saxlanılmasının tərəfdarıdır və onun növbəti mövsümdə də Madrid təmsilçisinin şərəfini qoruyacağını gözləyir.
Funksioner daha əvvəl "Real" Madridin futbolçu üçün təklif etdiyi 150 milyon avroluq təklifi də məhz bu səbəbdən rədd edib.
Xulian Alvaresin 2025/26 mövsümündəki performansı diqqət çəkir. O, bütün turnirlər daxil olmaqla keçirdiyi 49 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.