Atıcımız Bakıdakı Dünya çempionatında qızıl medal qazandı

Atıcımız Bakıdakı Dünya çempionatında qızıl medal qazandı
24.08.2023 13:29
Aa
dəq

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə kişi və qadınların yarışı keçirilib.

Yekun nəticələrə əsasən, Azərbaycan komandası növbəti dəfə uğur qazanıb. Belə ki, ölkəmizi dünya çempionatında təmsil edən Nigar Nəsirova qızıl medal əldə edib. Gümüş medala yığmamızın digər üzvü Nərminə Səmədova yiyələnib. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.

Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Sloveniya atleti Joze Çeper bürünc medala yiyələnib.

Kişilər arasında komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.

Həftənin ən çox oxunanları

Azərbaycan basketbol klubu növbəti transferləri reallaşdırıb

Azərbaycan basketbol klubu növbəti transferləri reallaşdırıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb
DAVAMIN OXU davamın oxu

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ
DAVAMIN OXU davamın oxu

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar
DAVAMIN OXU davamın oxu