Azərbaycan dünyaya diplomatiya dərsi keçir - MÜSAHİBƏ

Azərbaycan dünyaya diplomatiya dərsi keçir - MÜSAHİBƏ
08.12.2023 18:59
Aa
dəq

Dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Baş nazirinin ofisi arasında birgə bəyanatında həm etimad quruculuq tədbirləri, həm də əsirlərin dəyişilməsi ilə bağlı addımın atılması çox böyük və mühüm uğurdur.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində millət vəkili Tural Gəncəliyev bildirib.

Öz torpaqları üzərində suverenliyini, ərazi bütövlüyünü yenidən bərpa etmiş Azərbaycan üçün dünyaya diplomatiya, siyasi etika dərsidir ki, biz bütün bu məşəqqətlərə, 30 il ərzində məruz qaldığımız işğala, dağıntılara baxmayaraq, regionda sülhün əldə edilməsi, stabilliyin, regional əməkdaşlıq üçün yeni imkanların yaradılması baxımından çox önəmli bir razılığa gəldik. 

Azərbaycanın dünyaya da diplomatiya dərsidir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan konstruktiv, praqmatik addımlarını atmaqla sübut edir ki, torpaqlarımızın işğaldan azad edilməsiylə, biz təkcə münaqişənin həllinə nail olmadıq, eyni zamanda post-münaqişə dövründə münasibətlərin yaxşılaşdırılması istiqamətində də praqmatik əməkdaşlıq etməyə addımlar atmağa hazırıq.

İşğalın nəticəsinin aradan qaldırılması ilə göründüyü kimi, dünya da bunu başa düşməlidir ki, işğalın nəticəsi, səbəbi nədən yaranmışdır və işğalın bitməsilə bütün məsələlər müsbət istiqamətdə həll oluna bilər.

Təəssüflər olsun ki, vaxtilə vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun həmsədrliyi institutu kimi lazımsız institutlar və digər bu istiqamətdə töhfə verməyə çalışan, ancaq heç bir nəticəyə nail olmayan güclər də görmüş oldular ki, sadəcə olaraq beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə addım atılması lazımdır. BMT Təhlükəsizlik Şurasının qərarlarının icra edilməsi bütün problemləri kökündən həll etməyə qadirdir ki, biz də bunu özümüz həyata keçirdik. 

Hesab edirəm ki, bizim eyni zamanda Ermənistanda saxlanılan əsirlərimiz öz torpaqlarına, öz ailələrinə qovuşurlar, öz vətənlərinə geri dönürlər. Bu da bizim öz vətəndaşlarımız üçün, onların hüquqları, təhlükəsizliyi üçün də nə qədər qayğıyla və həssas yanaşdığımızı göstərir.

Azərbaycanın tarixində ilk dəfə olaraq cənab prezidentin rəhbərliyi altında biz torpaqlarımızı işğaldan azad etdikdən sonra artıq yeni bir mərhələyə, yeni bir sülh quruculuğu mərhələsinə qədəm qoyacağıq ki, bu da Azərbaycan tarixində ən güclü Azərbaycan dövlətinin, Azərbaycan ideyasının güclü olmasını da bütün dünyaya göstərmiş olacaq.

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu