Əsas məzmuna keç

Atəşkəs yenidən pozuldu

Atəşkəs yenidən pozuldu

bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də...

Martın 31-də saat 11:10 radələrində silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.

Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…