Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB
30.06.2024 00:05
Aa
dəq

Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Astara rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, iyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967-ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanmaqla ona tibbi yardım göstərilir.

***

Astarada güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

DİN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, iyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Həftənin ən çox oxunanları

Tofiq Musayevə hökm oxundu

Tofiq Musayevə hökm oxundu
DAVAMIN OXU davamın oxu

Bakıda qardaş 20 yaşlı bacısını öldürüb

Bakıda qardaş 20 yaşlı bacısını öldürüb
DAVAMIN OXU davamın oxu

DİN və DSX birgə əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR

DİN və DSX birgə əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR
DAVAMIN OXU davamın oxu

Xəzər dənizi vasitəsilə Azərbaycana qanunsuz yolla tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb

Xəzər dənizi vasitəsilə Azərbaycana qanunsuz yolla tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb
DAVAMIN OXU davamın oxu

Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu