Əsas məzmuna keç

Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək

Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi keçiriləcək

Bu ilin sonunda Aşqabadda Xəzəryanı ölkələrin nazirlərinin müşavirəsinin keçirilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Aşqabaddakı müvəqqəti işlər vəkili Şukin bildirib.

“ regionunun geostrateji, siyasi, resurs, və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən ən mühüm birləşdirici halqa kimi rolu yalnız artacaq. Xəzər regionunun bütün dövlətlərinin ərazisindən keçən və hazırda inkişafı istiqamətində işlərin fəal şəkildə aparıldığı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti də artmaqdadır", - diplomat deyib. .

Onun sözlərinə görə, bu günə qədər regional əməkdaşlığa dair 9 beştərəfli dövlətlərarası saziş və protokoldan ibarət sanballı hüquqi baza yaratmaq mümkün olub. Daha bir neçə sənəd isə işlənmə və ya ratifikasiya mərhələsindədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…