İngiltərənin “Arsenal” klubu heyətində çıxış edən isveçli hücumçu Viktor Dyökereşlə bağlı qərarını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “CaughtOffside” nəşrinin məlumatına görə, London təmsilçisi 28 yaşlı forvardı satmaq və ya hər hansı klubla mübadilə etmək niyyətində deyil.
Məlumata görə, son günlər idman mediasında Dyökereşin İspaniyanın “Atletiko” klubuna transfer oluna biləcəyi, hətta “Atletiko”nun hücumçusu Xulian Alvareslə mübadilə variantının müzakirə edildiyi iddia olunurdu. Lakin “Arsenal” rəhbərliyi bu xəbərləri təkzib edərək futbolçunun klubun gələcək planlarında mühüm yer tutduğunu bildirib.
Bildirilib ki, Viktor Dyökereş ötən mövsüm 55 matçda meydana çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd olunub ki, isveçli hücumçunun “Arsenal”la müqaviləsi 2030-cu ilin ortalarına qədər qüvvədədir və klubun onunla uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətində olduğu vurğulanır.