İngiltərənin "Arsenal" klubu yay transfer pəncərəsində "Nyukasl"ın üç futbolçusu ilə müqavilə imzalamağı hədəfləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "BBC" nəşri məlumat yayıb.
Hazırda İngiltərə Premyer Liqasında 12-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə qazanmaq şansı az olan "Nyukasl"ın maliyyə problemləri səbəbindən bəzi oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalacağı bildirilir.
London klubunun maraq dairəsində olan futbolçular aşağıdakılardır:
- Müdafiəçi Valentino Livramento
- Yarımmüdafiəçi Sandro Tonali
- Vinger Entoni Qordon
Mənbənin sözlərinə görə, mövcud maliyyə vəziyyətini tənzimləmək üçün "Nyukasl" rəhbərliyi bu oyunçulardan ən azı birini mütləq satmalıdır.