Operativ Məlumat Mərkəzi

"Arsenal" İngiltərə Super Kubokunun qalibi olub

1 dəq
Paylaş:
"Arsenal" İngiltərə Super Kubokunun qalibi olub
həlledici qarşılaşmada "Mançester Siti"yə qalib gələn "Arsenal" titula sahib çıxıb. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu...

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, həlledici qarşılaşmada "Mançester Siti"yə qalib gələn "Arsenal" titula sahib çıxıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə "şəhərlilər"dən Koul Palmer vurub. "Topçular" 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər.

Qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər