Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail ordusu Livanda Hizbullahın 80 hədəfini məhv edib

2 dəq
Paylaş:
İsrail ordusu Livanda Hizbullahın 80 hədəfini məhv edib

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda və vadisində Hizbullahın onlarla mövqeyinə hava zərbələri endirdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İMQ sözçüsü məlumat yayıb.

Açıqlamada bildirilib ki, radikal qruplaşmanın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.

İsrail tərəfinin məlumatına görə, hücumlar zamanı ümumilikdə 80 hədəf vurulub, Hizbullahın bir sıra döyüşçüləri zərərsizləşdirilib.

Sözçü qeyd edib ki, son əməliyyatlar çərçivəsində Bekaa vadisində Hizbullah döyüşçülərinin fəaliyyət göstərdiyi iki komanda mərkəzinə də zərbə endirilib.

Bundan əlavə, Nəbatiyə bölgəsində və Livanın cənubundakı digər ərazilərdə komanda mərkəzləri, silah anbarları, raket buraxılış qurğuları və digər infrastruktur hədəfə alınıb.

İsrail ordusu əməliyyatların “ zonasının daxilində və xaricində” həyata keçirildiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax