Beyrutda keçirilən əməliyyat nəticəsində "Hizbullah" qruplaşmasının "Cənub cəbhəsi"nin komandanı Hacı Yusif İsmayıl Haşim öldürülüb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat İsrailin hərbi kəşfiyyatı və Şimal Komandanlığının rəhbərliyi altında Hərbi-Dəniz Qüvvələri tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, Hacı Yusif İsmayıl Haşim 2024-cü ilin sentyabrında Əli Karakinin öldürülməsindən sonra "Cənub cəbhəsi"nə rəhbərlik etməyə başlayıb.
"Cənub cəbhəsi" — "Hizbullah"ın İsrail vətəndaşlarına hücumlara və Livanın cənubunda IDF qüvvələri ilə mübarizəyə görə cavabdeh olan bölməsidir. Komandan İsrail ərazisinə raket və aviasiya hücumlarının həyata keçirilməsinə rəhbərlik edib, həmçinin təşkilatın döyüş strukturlarının bərpasında iştirak edib.
40 ildən çox davam edən karyerası ərzində Hacı Yusif İsmayıl Haşim Livanın cənubunda İsrail qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak edən "Nasir", "Əziz" və "Bədr" bölmələrinə rəhbərlik edib.