Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan Qəzza Sülh Şurasına qoşulma qərarını təsdiqlədi

2 dəq
Paylaş:
Ermənistan Qəzza Sülh Şurasına qoşulma qərarını təsdiqlədi

hökuməti Qəzza Sülh Şurasının nizamnaməsini müzakirəsiz təsdiqləyib və sənədin parlamentdə təsdiq üçün təqdim olunması planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə hökumətinin qərarında qeyd olunub.

Məlumata görə, Ermənistan Ədliyyə Nazirliyi bildirib ki, Sülh Şurasının nizamnaməsində ölkənin mövcud qanunvericiliyinə zidd müddəalar və ya əlavə qanun dəyişiklikləri tələb edən bəndlər yoxdur. Bu əsasla Xarici İşlər Nazirliyi sənədin Ermənistan Milli Məclisi tərəfindən təsdiqlənməsini məqsədəuyğun hesab edib.

Qeyd olunur ki, Sülh Şurası hüquq prinsiplərinə uyğun olaraq sülhün təmin edilməsi, eləcə də bu istiqamətdə ən yaxşı təcrübələrin hazırlanması və yayılması funksiyalarını yerinə yetirir.

Məlumata əsasən, Ermənistan da daxil olmaqla 19 ölkə yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza ilə bağlı sülh nizamlanması məqsədilə Şuranın nizamnaməsini imzalayıb. Daha sonra digər dövlətlərin də təşəbbüsə qoşulduğu bildirilir.

Bildirilib ki, Ermənistan ABŞ Prezidenti Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvüdür, lakin 1 milyard dollarlıq üzvlük haqqı tələb olunan daimi üzvlük statusuna daxil deyil. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ölkə bu təşəbbüsə üç ilə qədər məcburi üzvlük haqqı olmadan iştirak şərti ilə qoşulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax