Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb.
İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək.
Qeyd edək ki, Nikol Paşinyan may ayında Ermənistanda iyunun 7-də baş tutmuş parlament seçkiləri ilə əlaqədar artıq məzuniyyətdə idi.