Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan Tehrana yollandı

2 dəq
Paylaş:
Paşinyan Tehrana yollandı

Tehranda İranın ali Ayətullah Əli Xameneinin mərasimi başlayıb. Bir neçə gün davam edəcək mərasimdə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ və İsrailin birgə zərbəsi nəticəsində həyatını itirdiyi bildirilən İranın ali lideri Əli Xameneinin cənazəsi bu gün səhər saatlarında Tehrana gətirilib və paytaxtda onunla vida mərasimi rəsmən start götürüb.

Məlumata görə, Ermənistanın Nikol da matəm tədbirlərində iştirak etmək üçün Tehrana səfər edib. Ümumilikdə, vida mərasimində 100-ə yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir.

Bildirilir ki, İran rəsmilərinin açıqlamasına əsasən, vida və mərasimi iyulun 4-dən 9-dək davam edəcək. Plana uyğun olaraq, iyulun 4-6-da Tehranda vida mərasimi və cənazə yürüşü keçiriləcək.

Məlumata əsasən, iyulun 7-də Qum şəhərində dəfn yürüşü təşkil olunacaq. İyulun 8-də mərhumun cənazəsinin şiə müsəlmanların ziyarəti üçün İraqa göndərilməsi, iyulun 9-da isə doğulduğu Məşhəd şəhərində dəfn olunması nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax