Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xandanyan: TRIPP layihəsi Ermənistan üçün yeni qaz mənbəyi olacaq

2 dəq
Paylaş:
Xandanyan: TRIPP layihəsi Ermənistan üçün yeni qaz mənbəyi olacaq

"Tramp marşrutu" (TRIPP) çərçivəsində gələcək qaz kəməri üçün yeni qaz mənbəyinə çevrilə bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” mediasına istinadən xəbər verir ki, bu barədə hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı brifinqdə bildirib.

Onun sözlərinə görə, qazının qiymətinə yenidən baxılması məsələsi ortaya çıxarsa, Ermənistan bunu rusiyalı tərəfdaşları ilə dostcasına müzakirə edəcək.

Lakin onun fikrincə, bu məsələdə şaxələndirmə vacibdir.

Xandanyan qeyd edib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin İrana son səfəri zamanı İslam Respublikasından qaz tədarükünün artırılması imkanı müzakirə olunub.

"TRIPP layihəsi qaz kəmərinə də aiddir, yəni onun çərçivəsində Ermənistan ərazisindən qaz kəməri çəkiləcək. Və bu, ehtimal ki, əlavə qaz mənbəyinə sahib olmaq üçün daha bir imkandır. Bu, nəzəriyyə olsa da, təcrübədə bunu həyata keçirmək çətin deyil", - Xandanyan qeyd edib.

O, nəzəri olaraq Azərbaycandan Ermənistana birbaşa qaz tədarükü ssenarisini də istisna etməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax