Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistan büdcə kəsirini örtmək üçün OPEK-dən 80 milyon avro kredit götürür

2 dəq
Paylaş:
Ermənistan büdcə kəsirini örtmək üçün OPEK-dən 80 milyon avro kredit götürür

Ermənistan hökuməti dövlət büdcəsində yaranmış kəsirin maliyyələşdirilməsi məqsədilə “OPEK” İnkişaf Fondundan 80 milyon avro məbləğində kredit cəlb edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul olunub. Məlumata görə, tərəflər arasında müvafiq razılaşma aprelin 29-da əldə edilib.

Bildirilib ki, cəlb olunan kredit vəsaiti dövlət büdcəsindəki kəsirin örtülməsinə yönəldiləcək. Kreditin verilməsi üçün əsas şərt kimi dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, vergi yığımlarının yüksəldilməsi və maliyyə dayanıqlığının gücləndirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, sözügedən proqram daha əvvəl “”ndan alınan 170,3 milyon avroluq kredit çərçivəsində həyata keçirilən islahatlarla uzlaşdırılıb.

Məlumata əsasən, islahatlar çərçivəsində bir sıra qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır. Bunlara “İqtisadi rəqabət və istehlakçıların müdafiəsi haqqında” qanuna dəyişikliklər, “Kiber haqqında” yeni qanunun qəbulu, eləcə də ekoloji keçid və tullantıların azaldılmasını nəzərdə tutan yaşıl paketi daxildir.

Bildirilib ki, kredit 18 il müddətinə verilir, 5 il güzəşt dövrü tətbiq olunur. Faiz dərəcəsi 6 aylıq “Euribor” göstəricisi (hazırda 2,606%) və 1,56% sabit əlavənin cəmi olaraq formalaşır və illik təxminən 4,166% təşkil edir.

Qeyd edək ki, Ermənistanın 2026-cı il üçün planlaşdırılan ümumi təxminən 1 milyard 263 milyon avro həcmində qiymətləndirilir. Bu kəsirin bir hissəsinin xarici kreditlər, əsas hissəsinin isə dövlət istiqrazlarının emissiyası hesabına qarşılanacağı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax