Əsas məzmuna keç

Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi

Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi

o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: “Robert Köçəryanın çıxışları...

Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi dövlət ittihamçılarının suallarını cavablandırarkən Respublikasının keçmiş prezidenti Köçəryanla bağlı da danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: “Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki “Krunq” təşkilatının üzvü idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…