Argentinada 6,6 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin cənubundakı Neuken əyalətindəki Loncopue şəhərindən 25 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Zəlzələ Argentina ilə qonşu olan Çilinin mərkəzi və cənub bölgələrində də hiss olunub.
Argentina və Çilidə 171 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilk təsbitlərə görə can və mal itkisi yaşanmayıb.