"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb

"Araz-Naxçıvan" klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb
22.07.2024 11:25
Aa
dəq

UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” klubu heyətini yeni futzalçı ilə gücləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar” millinin gənc üzvü İlham Alıyevlə müqavilə bağlayıb.

Futzalçı qarşıdakı mövsümü çempionun heyətində keçirəcək.

İlk dəfə bu il Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı daha əvvəl U-19-un formasını geyinib.

Qeyd edək ki, klub braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Həftənin ən çox oxunanları

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" klubu futbolçusuna yeni müqavilə təklif edib

DAVAMIN OXU davamın oxu

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu