Operativ Məlumat Mərkəzi

Araz çayında batan ata və oğlunun meyiti tapılıb - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Araz çayında batan ata və oğlunun meyiti tapılıb - YENİLƏNİB-2
İyulun 11-də Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin (biri uşaqdır) batması ilə əlaqədar aparılan axtarış...

İyulun 11-də Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin (biri uşaqdır) batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16:45 ***

İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

16:15 ***

Araz çayında biri uşaq olmaqla 2 nəfər batıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər