İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Şərif Texnologiya Universitetinə etdiyi hücumlara etirazını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Əraqçi qeyd edib ki, Şərif Texnologiya Universitetinə edilən hücum, dünyanın ən yaxşı texniki və tədqiqat universitetlərindən biri sayılan ABŞ-dəkı Massaçusets Texnologiya İnstitutunun (MIT) bombalanmasına bərabərdir:
“İsrail-ABŞ təcavüzkarları İranın Şərif Texnologiya Universitetini bombaladı. Bu, digər universitetlərə edilən hücumlardan sonra baş verdi. Təcavüzkarlar gücümüzü görəcəklər”.