Əsas məzmuna keç

Aprel ayının ilk günü Bakıda 25 dərəcə isti olacaq

Aprel ayının ilk günü Bakıda 25 dərəcə isti olacaq

Bakıda və yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumatına əsasən mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 758 mm sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti,gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Hava proqnozu

24° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…