"İran ətrafındakı münaqişənin həlli üçün Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumunun çərçivəsindən kənara çıxan qərarlara ehtiyac var".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş deyib.
"Nə müharibə, nə də sülh davamlı həll ola bilər. Körfəz ölkələrinə və İordaniyaya qarşı hücum siyasəti uğursuzluğa düçar olub. Bu gün real və davamlı siyasi qərarlara ehtiyac var”, - Qarqaş qeyd edib.
Onun sözlərinə görə, bu qərarlar siyasi və iqtisadi aspektləri nəzərə almalı, ilk növbədə Hörmüz boğazında gərginliyin azaldılmasını və normal gəmiçiliyin bərpasını təmin etməlidir. Qarqaş həmçinin Vaşinqton və Tehran arasında mövcud anlaşma memorandumunun praktiki və məqbul fəaliyyət planı müəyyənləşdirə bilmədiyini vurğulayıb.
Qarqaşın açıqlaması İran hərbçilərinin avqustun 31-də səhər saatlarında BƏƏ-də yerləşən Əl-Minhad aviabazasında ABŞ hərbçilərinin mövqelərinə onlarla pilotsuz uçuş aparatı ilə zərbələr endirildiyini bildirməsindən sonra səslənib. İran tərəfi hücumun ABŞ-nin İranın Larak adasına endirdiyi zərbəyə cavab olduğunu açıqlayıb.
İranın ABŞ-nin hücumuna cavab olaraq İordaniyada yerləşən iki Amerika hərbi bazasına da zərbələr endirdiyi bildirilib.