Türkiyə Milli Müdafiə Nazirliyi Liviyada seldən ziyan görənlərə yardım göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlik rəsmi "X" hesabında paylaşıb edib.
Açıqlamada bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə axtarış-xilasetmə qruplarını Liviyaya daşıyacaq 3 nəqliyyat təyyarəsindən birincisi bölgəyə yola düşüb.
Xatırladaq ki, Liviyada daşqın nəticəsində ölənlərin sayı 2 mini ötüb, 5 mindən çox adam itkin düşüb.
Ölkədə 2 günlük matəm elan olunub.