Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunur.
Nazirlər həmçinin Yaxın Şərqdəki durum barədə fikir mübadiləsi aparırlar.
Görüşdən sonra tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.