Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ankara Hörmüz boğazından yan keçən yeni enerji yolları hazırladı

2 dəq
Paylaş:
Ankara Hörmüz boğazından yan keçən yeni enerji yolları hazırladı

İran ətrafında artan gərginlik fonunda, qlobal təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazından yan keçən 5 alternativ neft və qaz tədarükü marşrutu hazırlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu strateji plan barədə məlumatı "Türkiye" qəzeti birbaşa Türkiyə Ticarət Nazirliyinə istinadən yayıb.

Nazirliyin rəhbəri Ömər Bolatın sözlərinə görə, Ankara böhran dövründə həm enerji istehsalçıları, həm də istehlakçılar üçün vacib həll yolu olan alternativ logistika marşrutlarının işə salınması üçün fəal addımlar atır. Nəzərdən keçirilən əsas enerji nəqli marşrutlarına İraq üzərindən quru yolu ilə çatdırılmalar daxildir.

Digər mühüm variantlar kimi Süveyş kanalı, Qırmızı dəniz, İordaniya vasitəsilə birləşdirilmiş xətlər, eləcə də Oman limanından BƏƏ-yə və regionun digər ölkələrinə gedən yollar dəyərləndirilir. Ümid Burnu marşrutu da variantlardan biri kimi qeyd olunsa da, çatdırılma müddətini 10-15 gün artırdığı və xərclərini yüksəltdiyi üçün daha az gəlirli hesab edilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə, MisirSəudiyyə Ərəbistanının Hörmüz boğazından neft məhsullarının daşınmasını əlaqələndirmək məqsədilə xüsusi konsorsium yaratmaq imkanlarını araşdırdığı da bildirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax