Son günlərdə təkcə Azərbaycan üçün yox, bütün şəhərsalma üçün çox önəmli gün oldu. Biz yerli icmalar, qadın haqları, bütün bu yollarla daha inklüziv şəhərsalma ilə bağlı işlər görürük. Biz istəyirik ki, Azərbaycanın siyasətini dünya gündəmi ilə uyğunlaşdıraq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasınım(WUF13) rəsmi bağlanışı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, bütün bu məsələlər son anlaşmanın gəldiyi nöqtəni göstərir. Biz BMT Habitatdan da dəstək görməyə məmnunuq. Tədbirdə 58 mindən çox iştirakçı aktiv iştirak edib, 400 nəfərdən çox spiker fərqli ölkələrdən iştirak edib ki, bunlardan 60 nəfəri Azərbaycandan olub. "Biz burada gələcəyin əməkdaşlığın təməlini atmışıq. Bu, şəhərsalma forumunda bir ilk olub. Biz bütün dünyada icmaların dayanıqlı inkişafına töhfələri önəmli hesab edirik. Azərbaycanın azad olunmuş ərazilərində iddialı, yüksək səviyyəli bərpa işləri, eyni zamanda milli potensialın gücləndirilməsi, "ağıllı kənd"lər və buna bənzər layihələr həyata keçiririk", - deyə Anar Quliyev qeyd edib.